Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində daha 5 fərdi yaşayış evinin dam örtüyü yenilənib

20 dekabr 2024 | 17:53
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işlərinin bir istiqaməti də şəhər ərazisində yerləşən və dövlət mülkiyyətində olan fərdi yaşayış evlərinin dam örtüklərinin təmir olunmasıdır.
2024-cü ildə RİH tərəfindən icra olunan layihə çərçivəsində Şəmkir Mənzil İstismar Kontorunun balansında olan 5 fərdi yaşayış evinin dam örtüyü əsaslı təmir olunaraq yenilənib.
Görülən işlər nəticəsində evlərin yararsız dam örtükləri müasir tələblərə cavab verən metal kirəmit dam örtükləri ilə əvəz olunub, taxta konstruksiyalar quraşdırılıb, yağış sularının axıdılıması metal su axıdıcı sistemlər qurulub, həmçinin yanğından mühafizə tədbiri olaraq yanar konstruksiyalara odadavamlı məhlul çəkilib.
Qeyd edək ki, Şəmkir rayonunda davamlı olaraq icra olunan infrastruktur və sosial layihələr çərçivəsində ötən il 4 fərdi yaşayış evinin dam örtüyü əsaslı təmir olunaraq yenilənmişdi.
Görülən işlər sakinlərimiz tərəfindən məmnunluqla qarşılanıb.
Keçidlər