Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri davam edir.
22 may 2025 | 09:20
Şəhərimizin abadlaşdırılması, estetik görünüşünün daha da yaxşılaşdırılması qarşıda duran prioritet vəzifələrdəndir. Bu istiqamətdə Şəmkirdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri hazırda da davam etməkdədir.
Şəhərimizin Səməd Vurğun və Həzi Aslanov küçələrində aparılan işlər çərçivəsində fərdi yaşayış evlərinin fasadlarınin, hasarların rənglənməsi yekunlaşmaq üzrədir.
Həmçinin müasir Şəmkir şəhərinin bənzərsiz sərvəti olan, vaxtilə almanlar tərəfindən tikilmiş yaşayış evlərinin orijinal üslübda bərpası üzrə işlər aparılır. Görülən işlər zamanı tarixi alman evlərinin taxta məhəccərləri, pəncərələri və digər elementləri bərpa olunur.
Sözügedən işlərin şəhərimizin Mirzə Ələkbər Sabir və Nizami Gəncəvi küçələrində də aparılması nəzərdə tutulur.