Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhər V.Məmmədov küçəsi yeni asfalt örtüyünün salınmasıdan, Ə.Cavad küçəsi isə carı təmirdən sonra istifadəyə verildi

01 dekabr 2023 | 16:56
Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə həyata keçirilən layihə çərçivəsində şəhərimizin 13 küçəsində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparılmışdır.
Texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində Şəhid Vacib Məmmədov (Morul yaşayış massivi) küçəsində asfalt-beton örtüyünün salınması, küçə xətlərinin çəkilməsi, Əhməd Cavad küçəsində (Ə.Cavad məktəbi ilə Kraz yolu adla birləşdirən küçə) isə cari təmiri işləri başa çatdırılmışdır.
V.Məmmədov küçəsində ilkin olaraq qum-çınqıl qatışığı tökülmüş, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılmış, daha sonra isə yüksək keyfiyyətli, ikiqatlı asfalt-beton örtüyü salınmış, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkilmişdir.
Məlumat üçün bildiririk ki, buna qədər Kür qəsəbəsindəki xəstəxana yolunda və şəhərin Aşıq Hüseyn küçəsində (Naxırçılar), M.Əsədov (11-ci küçə) küçələrində asfal-beton örtüyünün salınması, Elşən Allahverdiyev (Bazarstore - Yamin YDM) küçəsində isə cari təmiri işləri başa çatdırılmış, sakinlərimizin istifadəsinə verilmişdir.
Xüsusilə bildiririk ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.
Keçidlər