Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Şəhər Mərkəzi Parkında abadlıq işləri yekunlaşdı, açıq idman meydançası və uşaq oyun meydançası istifadəyə verildi

18 dekabr 2023 | 16:14
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən şəhərimizin parklarında aparılan abadlıq işləri artıq yekunlaşıb.
Abadlıq işləri aparılan parklardan biri də şəhərimizin ən böyük və əhalinin kütləvi axını olan Şəmkir Şəhər Mərkəzi Parkıdır.
Mərkəzi parkda aparılmış abadlıq işləri çərçivəsində parkın elektrik və işıqlandırma sistemi yenidən qurulmuş, sıradan çıxmış lampalar yeniləri ilə əvəz olunmuş, işıq dirəkləri, o cümlədən skamyalar, tullantı qabları təmir olunaraq rənglənmişdir.
Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında əvvəllər mövcud olmuş velosiped yolu bərpa edilərək asfalt örtüyü salınmış, müvafiq xətlər çəkilmişdir. İlk dəfə olaraq parkda kiçik yaşlı sakinlərimizin əyləncəsi üçün uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olan sakinlərimizin sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası yaradılıb, idman qurğuları quraşdırılıb.
Şəmkir Rayon İcra Hakimiyyəti olaraq görülən işlərdə məqsədimiz sakinlərimizin asudə vaxtlarının, istirahətinin daha yaxşı təşkili, eyni zamanda sağlam həyat tərzinin təbliğ olunmasıdır.
Keçidlər