Şəmkir rayonunda çay məcralarının tənzimlənməsi işləri xüsusi diqqət mərkəzində saxlanılır
20 iyun 2023 | 11:00
Şəmkir Suvarma Sistemləri İdarəsin balansında olan 925 kilometr kanallar və təsərrüfat daxili arxlar mütəmadi olaraq texnikalar vasitəsi ilə təmizlənir, suyun axını nizamlanır.
Bu günlərdə idarənin balansında olan Nadir Şah, Alıbəy və Peykər arxları maşın-mexanizmlərin köməyilə lildən və kol-kosdan təmizlənib.
Məlumat üçün bildiririk ki, Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında 12 ədəd I dərəcəli baş kanal, 6 ədəd təsərrüfatlar arası II dərəcəli kanal, 109 ədəd təsərrüfatlar daxili kanal var. Kanalların ümumi uzunluğu 890,7 kilometrdir. Onlardan baş kanallar 202,5 kilometr, təsərrüfatlararası kanallar 50,4 kilometr, daxili təsərrüfat kanallar 637,8 kilometrdir. Kollektor-drenaj kanallar isə 34,3 kilometrdir