Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Kommunal Müəssisələr Kombinatının əməkdaşları tərəfindən şəhərimizin müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.

16 may 2022 | 10:04
Şəmkir Kommunal Müəssisələr Kombinatının əməkdaşları tərəfindən şəhərimizin müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Bu günlərdə şəhərimizin mərkəzində-Heydər Əliyev prospektində iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, təbii gübrələr verilib və suvarma işləri aparılıb.
Həmçinin əraziyə yeni ağaclar əkilib, daha öncə əkilmiş ağacların qurumuş budaqları budanıb, prospektdə yeni mövsümi güllər və kollar əkilib, şəhərimizə yeni gözəllik verilib.
Keçidlər