Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir KMK-da məişət tullantıları konteynerlərinin istehsalına başlanılıb

25 may 2023 | 14:57
Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən ilk dəfə olaraq daxili tələbatı ödəmək üçün məişət tullantıları konteynerləri istehsalına başlanılıb.
Bunun üçün KMK-nın tərkibində istehsal sahəsi yaradılıb, bütün texniki avadanlıqlarla təchiz olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev KMK-nın istehsal sahəsində işin gedişatı ilə maraqlanıb, yeni alınmış kommunal təyinatlı avtonəqliyyat vasitəsinə baxış keçirib.
İcra başçısına məlumat verilərək bildirilib ki, istehsal sahəsində məişət tullantıları konteynerləri ancaq dəmirdən istehsal olunur. Konteynerlərin gövdəsi tək parça halında hazırlanır və metaldan olduqları üçün çox uzun müddət istifadə edilə bilər.
Daha sonra müəssisədə hazır hala gətirilmiş metal məişət tullantıları konteynerlərinə baxış keçirilib.
Bildirilib ki, ölçüləri 1100 litr olan konteynerlərin qırılması və çatlanması ehtimalı yoxdur. Metal tullantı konteynerlərinin bir yerdən digərinə asanlıqla daşınması üçün tutacaqları var və aşağısında dörd dayaqlı hər tərəfə dönə bilən təkərləri mövcuddur. Bundan əlavə, çarxlar boltlarla bərkidildiyi üçün istənilən vaxt sökülmə imkanına malikdir.
Qeyd olunub ki, məişət tullantıları konteynerləri hazırlanarkən hər şey nəzərə alınır. Həm insanların sağlamlığı, həm də ətrafın təmizliyi qorunmağa çalışılır.
İcra başçısı eyni zamanda Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən yeni alınan müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitəsi ilə də tanış olub.
Bildirilib ki, belə texnikaların sayı gələcəkdə artırılacaq və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsi daha da yüksəldiləcək. Texnika sayının artırılması Şəmkir şəhərində məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək.
Keçidlər