Şriftin ölçüsü :

Saytın rəngi :

Sel sularının ucqar dağ kəndlərində yaratdığı probelemlər tamamilə aradan qaldırıldı

30 may 2023 | 17:00
Xəbər verdiyimiz kimi, mayın ayının son günlərində inntensiv yağan yağışlar nəticəsində yaranmış sel suları Şəmkir rayonunun bir neçə kəndində qismən fəsadlar törətmişdi.
Yağan leysan yağışların yartdığı sel suları yüksək dağlıq kəndlərdə yol təsərrüfatına da zərər vurmuşdu.
Belə ki, sel suları nəticəsində ucqar dağ kəndi olan Çaykəndin bir neçə daxili yolu və Dağ Cəyirə gedən körpüdə nəqiliyyatın hərəkəti tamamilə dayandırılmasa da, qismən problemlər yaranmışdı.
Şəmkir RİH, rayon 25 saylı Yol İstismar İdarəsi, FHN və digər aidiyyəti qurumların əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, yaranmış problemlər artıq tamamilə aradan qaldırılıb.
Keçidlər