Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərimizin yeni asfalt örtüyü çəkilmiş küçələrində rənglənmə işləri aparılır, bəzi mərkəzi küçələrdə isə divar örtüyü təmir olunur

04 oktyabr 2022 | 16:30
Bu gün Şəmkir şəhərində park və xiyabanların, küçələrin işıqlandırılmasına, təmizliyinə xüsusi diqqət edilir, sakinlərimizin rahatlığını təmin etmək üçün yeni layihələr həyata keçirilir.
Şəmkir rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin bir parçası olaraq şəhərimizin yeni asfalt örtüyü çəkilmiş və təmir olunmuş küçələrində rənglənmə işləri aparılır, bəzi mərkəzi küçələrdə isə divar örtüyü təmir olunur.
Qeyd edək ki, layihə üzrə görülən bu işlər davamlı olacaq, mərhələli şəkildə şəhərimizin bütün küçələrində abadlıq-quruculuq işləri aparılacaqdır.
Keçidlər