Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərimizin park və xiyabanlarında, prospektlərində mövsümə uyğun yaşıllaşdırma işləri yekunlaşdı, ərazilərdə dekorativ ağaclar və güllər əkildi

09 yanvar 2024 | 20:46
Şəmkir şəhərinin bütün park və xiyabanlarında, mərkəzi prospektlərdə mövsümə uyğun kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri başa çatıb.
Şəhərimizin bu mərhələ üçün yeni yaşıllıq planına əsasən görülən işlər çərçivəsində müxtəlif ərazilərdə Xan Çinarı, rayonumuzun iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar və xüsusi rəng çalarlarına malik olan çiçəklər əkilib.
Şəmkir şəhərində yaşıllıq sahələrinin artırılması məqsədilə Şəmkir Şəhər Mərkəzi Parkında Xan çinarlardan yaşıllıq zolağı salınıb.
Mərkəzi Parkla yanaşı İstiqlal Parkına, Bayraq Meydanı və Heydər Əliyev prospekti ərazisinə dekorativ ağac və kollar əkilib, güllərdən müxtəlif kompozisiyalar qurulub ki, bu da həmin ərazilərə xüsusi yaraşıq verir.
Mütəxəssislər tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Şəmkir şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına, yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılmasına, sakinlərimizin və şəhərimizin qonaqlarının daha gözəl istirahətinə imkan verəcək.
Məlumat üçün bildiririk ki, yaşıllıqlar salınan ərazilərdə eyni zamanda abadlıq və təmizləmə, təmir-bərpa işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib. Ərazinin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Eyni zamanda onu da qeyd edək ki, cari ildə də şəhərimizdə mövsümə uyğun yaşıllaşdırma işləri davam etdiriləcəkdir.
Keçidlər