Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərimizin mərkəzi prospektində təmir-bərpa işləri yekunlaşıb

25 aprel 2022 | 09:45

Şəmkir şəhərinin Heydər Əliyev prospektində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yeni, müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər artıq başa çatıb.

Belə ki, şəhərimizin mərkəzi prospektində təmir-bərpa işləri aparıldı və yol infrastrukturu yenidən qurularaq sakinlərimizin istifadəsinə verildi.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır.

Məlumat üçün bildirək ki, Şəmkir şəhərində yol infrastrukturunun yenilənməsi, təmirə ehtiyacı olan yolların bərpa olunması və yeni asfalt örtüyü çəkilməli olan yollar mərhələli şəkildə yenilənəcək və sakinlərimizin rahatlığı üçün bütün imkanlar yaradılacaqdır.

Keçidlər