Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıtəpə kəndində daha 10 fərdi yaşayış evinin dam örtükləri əsaslı təmir olunaraq sakinlərimizin istifadəsinə verildi.

14 fevral 2026 | 10:35

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq rayon ərazisində abadlıq-quruculuq işləri sürətlə davam etməkdədir. Görülən işlərin əsas məqsədi əhalinin həyat şəratinin yaxşılaşdırılması, həmçinin yaşayış məntəqələrinin abadlaşdırılmasıdır.
Bu istiqamətdə icra olunan daha bir layihə yekunlaşıb. Belə ki, rayonun Sarıtəpə kəndində yerləşən, Dəllər Mənzil İstismar Müəssisəsinin balansında olan 10 fərdi yaşayış evinin dam örtüklərinin əsaslı təmiri işləri aparılıb. Təmir işləri çərçivəsində sıradan çıxmış dam örtükləri və onların taxta elementləri sökülərək yeniləri əvəz olunub, yanar konstruksiyalara odadavamlı məhlul çəkilib, həmçinin metal su axıdıcı sistemlər qurulub.
Görülən işlər sakinlər tərəfindən məmnunluqla qarşılanıb, onlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.
Məlumat üçün qeyd edirik ki, 2021-2025-ci illərdə rayonun Sarıtəpə kəndində 20, ümumilikdə rayon ərazisində isə 262 evin dam örtükləri əsaslı təmir olunub

Keçidlər