Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev tikintisi başa çatmaq üzrə olan məktəb-liseydə görülən işlərlə maraqlanıb

07 sentyabr 2022 | 15:59
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkəmizin bütün bölgələri kimi, Şəmkir rayonu da sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanıb, rayonumuzda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.
Bu gün Şəmkirdə aparılan abadlıq-quruculuq, yenidənqurma işləri, sakinlərimizin rahatlığını təmin etmək üçün görülən tədbirlər, həyata keçirilən layihələr rayon İcra Hakimiyyətinin diqqət yetirdiyi məsələlərdəndir.
Hazırda bu istiqamətdə rayonumuzda bir çox layihələr həyata keçirilir.
Belə layihələrdən biri də Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ayırdığı vəsait hesabına Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey üçün tikilən yeni binadır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev məktəb-liseydə yekunlaşmaqda olan işlərlə yerində tanış olub.
İcra başçısına bildirilib ki, yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. 5 korpusdan ibarət binanın iki tədris korpusu 4, digər üç korpus isə 3 mərtəbəlidir.
1600 şagird yerlik məktəb binasında akt və idman zalı, laboratoriya, yeməkxana da müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Həmçinin idman zalı və oyun meydançası da şagirdlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.
 
 
 
 
 
Keçidlər