Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Şəmkir Maşın Kanalında görülən işlərlə yerində tanış olub

25 may 2023 | 15:15
Hazırda Şəmkir rayonunda əhalinin su ehtiyatlarının ödənilməsi istiqamətində mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlillər aparılaraq mühüm tədbirlər həyata keçirilir.
Bu istiqamətdə rayonumuzda strateji əhəmiyyətə malik ən böyük layihələrdən biri də Şəmkir Maşın Kanalıdır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir Maşın Kanalın birinci və ikinci pillə nasos stansiyalarında görülən işlər, kanalın mövcud vəziyyəti, kanalda paylayıcı su qurğuları və kanal vasitəsi ilə əkin sahələrinə nəzərdə tutulmuş su təminatı ilə yerində maraqlanıb.
İcra başçısına məlumat verilərək bildirilib ki, nasos stansiyasının tikintisinin ikinci mərhələsində stansiyaların hər birinə 3 ədəd nasos aqreqatı quraşdırılıb. Eyni zamanda birinci pillə nasos stansiyasından ikinci pillə nasos stansiyasına olan 4 min 140 metr məsafədə diametri 3 min 40 mm olan boru xətti inşa edilib. İkinci pillə nasos stansiyadan Maşın Kanala olan 3 min 260 metr məsafədə isə diametri 3 min 40 olan boru xəttinin çəkilişi davam etdirilir və işlər yekunlaşmaq üzrədir.
Bildirildi ki, cari ilin iyul ayında yekunlaşdırılması planlaşıdırılan tikinti işləri başa çatdırıldıqdan sonra Maşın Kanala verilən suvarma suyunun həcmi 2 dəfədən çox artırılacaqdır.
İcra başçısına məlumat verildi ki, 80-ci illərində tikilmiş Şəmkir Maşın Kanalının davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsi tikilib. Bu layihənin icrası sayəsində Şəmkir, Goranboy, Göygöl və Samux rayonlarında 94 min hektar sahəyə suvarma suyu çatdırılıb.
Sonda icra başçısı bu sahədə mövcud problemlərlə maraqlanıb, sudan səmərəli istifadə olunması məqsədi ilə məsləhətlər verib.
Keçidlər