Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev əsaslı bərpa işlərindən sonra “Əməkçi qadın” heykəlinə baxış keçirib

25 sentyabr 2023 | 11:35
Şəmkir rayonunun Çinarlı qəsəbəsinin girişində yerləşən “Əməkçi qadın” heykəli əsaslı bərpa olunub, ətrafında abadlıq işləri aparılıb.
Abidənin bərpası Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərlə baxış keçirib, ərazinin təmiz və abad saxlanılması üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.
Yüksək sürətlə hərəkət edən avtomobilin çırpılması nəticəsində dağılan abidə heykəltaraş Savalan Hüseynov tərəfindən eyni görkəmdə tamamilə yenidən qurulub, ətrafı abadlaşdırılaraq işıqlandırılıb, yol nişanları quraşdırılıb.
Keçidlər