Şriftin ölçüsü :

Saytın rəngi :

Qaracəmirli, İrmaşlı, Ələsgərlidə işlər başa çatdı, Düyərlidə yenidənqurma işlərinə start verildi

05 dekabr 2023 | 10:30
Şəmkir rayonunda “Azərişıq” ASC-nin həyata keçirdiyi investisiya layihələri çərçivəsində yenidənqurma işləri davam edir.
Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, görülən işlər çərçivəsində cari ildə Şəmkir rayonunun Ələsgərli və İrmaşlı kəndlərində elektrik şəbəkəsi yeniləndi, Qaracəmirli və Yeni Yolda isə yenidənqurma işləri sona çatmaq üzrədir.
Şəmkir Elektrik Şəbəkəsi tərəfindən Ələsgərli və İrmaşlıda 0,4 kV-luq açıq tipli naqillər SİP kabellə əvəz olundu, 11 ədəd müasir tipli transformatorlar quraşdırıldı.
İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1142 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edildi.
Qaracəmirli və Yeni Yolda isə ümumilikdə 1800-ə yaxın abonenti əhatə edəcən yenidən qurma işləri çərçivəsində 0,4 kV-luq açıq tipli naqillər SİP kabellə, köhnə istimara yarasız dayaqlar yenisi ilə əvəz olunur, müasir tipli transformatorlar quraşdırılır.
Cari ildə Şəmkir rayonunda görülən işlər çərçivəsində 35/10 kV-luq Əzizbəyov yarımstansiyasının yenidən qurulması ilə 10 kV-luq Füzuli, 10 kV-luq Yeni Yol, 10 kV-luq Təzəkənddə ümumilikdə 1734 abonent 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.
Məlumat üçün bildiririk ki, artıq Düyərli kəndinin də elektrik şəbəkəsinin yenilənməsi işlərinə start verilib, yaxın günlərdə Talış kəndində də yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur.
Keçidlər