Şriftin ölçüsü :

Saytın rəngi :

M.Əsədov küçəsində yeni asfalt örtüyünün salınması, E.Allahverdiyev küçəsində isə təmir işləri yekunlaşıb

03 noyabr 2023 | 14:21
Şəmkir rayonunda avtomobil yollarının təmiri və yenidən qurulması işləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə həyata keçirilən layihə çərçivəsində şəhərimizin 13 küçəsində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparılmaqdadır.
Texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində Məhəmməd Əsədov (11-ci küçə) küçəsində asfal-beton örtüyünün salınması, Elşən Allahverdiyev (Bazarstore-Yamin YDM) küçəsində isə cari təmiri işləri başa çatdırılmışdır.
M.Əsədov küçəsində ilkin olaraq qum-çınqıl qatışığı tökülmüş, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılmış, daha sonra isə yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salınmışdır.
Məlumat üçün bildiririk ki, buna qədər Kür qəsəbəsindəki xəstəxana yolunda və şəhərin Aşıq Hüseyn küçəsində (Naxırçılar) asfal-beton örtüyünün salınması başa çatdırılmış, sakinlərimizin istifadəsinə verilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.
Keçidlər