Şriftin ölçüsü :

Saytın rəngi :

Kür qəsəbə Xəstəxanasına gedən yol tamamilə yenidən quruldu

26 sentyabr 2023 | 16:26
Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir, problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülür.
Şəmkirdə yol infrastrukturunun inkişafına yönəlmiş planlı işlər çərçivəsində Kür qəsəbəsinin Xəstəxanasına gedən 1,5 kilometr yol yenidən qurulub, yeni asfalt örtüyü çəkilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.
İş icraçıları tərəfindən icra başçısına bildirilib ki, görülən işlər çərçivəsində ilk olaraq yolun alt hissəsi yenidən quruldu. Bundan əlavə qazılan yerlərdə kipləşdirmə işləri aparılaraq asfalt örtük döşənməsi üçün hazır vəziyyətə gətirildi və yeni asfalt örtüyü çəkildi.
Qəsəbə sakinləri də yeni salınan yola görə prezident cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.
Sakinlərlə söhbətində Rəşad Tağıyev bildirib ki, rayonda görülən
abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri gələcəkdə də davam etdiriləcək.
Keçidlər