Şriftin ölçüsü :

Saytın rəngi :

İstiqlal Parkı təmirdən sonra.

09 yanvar 2024 | 20:51
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən şəhərimizin parklarında aparılan cari təmir və abadlıq işləri artıq yekunlaşıb.
Yenidənqurma işləri aparılan parklardan biri də İstiqlal Parkıdır ki, burada elektrik sisteminin yenilənməsi, sıradan çıxmış lampaların yeni, müasir standartlara uyğun lampalarla əvəzlənməsi, fəvvarələrin təmiri, su nasoslarının yeniləri ilə əvəz olunması, yeni tullantı qutularının qoyulması, skamyaların yenilənməsi, metal səthlərin boyanması, aqlay üzlüklərin cilalanması, o cümlədən sıradan çıxmış üzlüklərin dəyişdirilməsi və digər işlər icra olunub.
Eyni zamanda İstiqlal Parkında dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar və xüsusi rəng çalarlarına malik olan çiçəklər əkilib.
Qeyd edək ki, rayonumuzda aparılan yenidənqurma işlərinin məqsədi Şəmkir şəhərinin küçə və prospektlərində, parklardakı şəraiti daha da yaxşılaşdırmaq, ən müasir dövrün tələblərinə uyğun şəkildə əhalinin istifadəsinə verməkdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərimizin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərimizin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər