Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒𝐚𝐫ı𝐭ə𝐩ə 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐟ə𝐫𝐝𝐢 𝐲𝐚𝐬̧𝐚𝐲ı𝐬̧ 𝐞𝐯𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐝𝐚𝐦 ö𝐫𝐭ü𝐤𝐥ə𝐫𝐢 𝐲𝐞𝐧𝐢𝐥ə𝐧𝐢𝐛.

23 yanvar 2023 | 16:38
Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində bu gün Şəmkir rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir.
Şəmkir şəhərində yolların müasir standartlara uyğun qurulması, fərdi yaşayış evlərinin fasadlarında bərpa və rənglənmə işlərinin aparılması bu işlərin bir parçasıdır.
Rayonumuzun abad və gözəl görünüşə malik olması üçün bu sahədə görülən işlərin davamı olaraq Sarıtəpə kəndində Dəllər qəsəbə Mənzil İstismar Müəssisəsi balansında olan fərdi yaşayış evlərinin dam örtükləri yeniləndi.
Sakinlərin istək və arzularını nəzərə alaraq köhnə dam örtükləri sökülərək, sıradan çıxan hissələri dəyişdirildi, damda suyun axıdılması üçün maillik quruldu və yeni örtük qatı çəkildi.
Məlumat üçün bildiririk ki, bu proses Şəmkir rayonunda fəal surətdə həyata keçirilir. Buna qədər isə Şəmkir şəhərində, Kür qəsəbəsində, Dəllər qəsəbəsində yerləşən çoxmənzilli yaşayış evlərinin də dam örtükləri yenilənərək sakinlərimizin istifadəsinə verilib.
Keçidlər