Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Fərman Salmanovun heykəlinin tikinti işləri ilə maraqlanıb

13 sentyabr 2022 | 10:40
Şəmkir şəhərinin ayrı-ayrı ərazilərində abadlıq-quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində şəhərdaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır, səliqə-sahman yaradılır.
Prezident cənab İlham Əliyevin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələrinə uyğun olaraq görülən işlər şəhərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir.
Sakinlərimizin rahatlığını təmin etmək üçün görülən tədbirlər, həyata keçirilən layihələr rayon İcra Hakimiyyətinin də diqqət mərkəzində saxlanılır.
Şəmkir RİH başçısı Rəşad Tağıyev bu dəfə sakinlərimizin ən çox baş çəkdiyi istirahət yerlərindən olan Şəhid Xaqani İbrahimov adına Parkda Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun heykəlinin inşası ilə maraqlanıb.
İcra başçısına məlumat verilərək bildirilib ki, bünövrəsi artıq qoyulub və işlər layihəyə uyğun olaraq ardıcıllıqla davam etdirilir.
Qeyd edək ki, heykəl Prezident cənab İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamına uyğun olaraq inşa edilir.
Sərəncama əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib.
Şəmkir rayonunda təhsil aldığı məktəbə Fərman Salmanovun adı verilib.
Hazırda isə Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılır.
Keçidlər