Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospektindəki fəvvarələr əsaslı təmirdən sonra istifadəyə verildi.

20 oktyabr 2026 | 09:22
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində də Şəmkir şəhərində infrastrukturun yenilənməsi və ictimai məkanların yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu dəfə şəhərimizin Heydər Əliyev prospektində yerləşən fəvvarələrdə aparılan əsaslı təmir işləri başa çatdırılaraq yenidən istifadəyə verilib.
Görülən işlər şəhər infrastrukturunun yaxşılaşdırılmasına, mövcud memarlıq elementlərinin qorunmasına və ictimai məkanların funksionallığının artırılmasına xidmət edir. Bu tədbirlər, eyni zamanda, şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına və sakinlər üçün daha əlverişli mühitin yaradılmasına töhfə verir.
Показать меньше
Keçidlər