Şriftin ölçüsü :

Saytın rəngi :

H.Əliyev, M.P.Vaqif və M.Füzuli küçələrində də abadlıq işləri yekunlaşdırılıdı

28 dekabr 2023 | 09:33
𝐇.Ə𝐥𝐢𝐲𝐞𝐯, 𝐌.𝐏.𝐕𝐚𝐪𝐢𝐟 𝐯ə 𝐌.𝐅𝐮̈𝐳𝐮𝐥𝐢 𝐤𝐮̈𝐜̧ə𝐥ə𝐫𝐢𝐧𝐝ə 𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐲𝐞𝐤𝐮𝐧𝐥𝐚𝐬̧𝐝ı𝐫ı𝐥ı𝐝ı
Şəmkir şəhərinin 5 küçəsində və 5 parkında rayon İcra Hakimiyyəti tərəfindən aparılan geniş abadlıq-quruculuq işləri artıq yekunlaşıb.
Şəhərimizin Mübariz İbrahimov (6-cı küçə), Əhməd Cavad (Heydər Əliyev prospekti - 9-cu küçə), Hüseyn Cavid (5-ci küçə - 13-cü küçə) küçələrində rayon İcra Hakimiyyətinin sifarişilə görülən işlər haqqında verilmiş məlumatların davamı olaraq bildiririk ki, artıq M.P.Vaqif küçəsinin 5-ci - 7-ci küçələr arası hissəsində, M.Füzuli küçəsinin isə 5-ci - 13-cü küçələr arası hissəsində abadlıq işləri yekunlaşdırılıb.
Həmçinin Həsən Əliyev küçəsinin 5-ci - 13-cü küçələr arası hissəsi də yenilənərək sakinlərimizin istifadəsinə verilib.
Qeyd olunan küçələrdə aparılan abadlıq işləri çərçivəsində divarların sment-əhəng məhlulu ilə suvanması, fasadların boyanması, əhəng daşından üzlük tavalarla divarların üzlənməsi, aqlay haşiyələrin və ya təbii qaya daşlarının qoyulması, metal və taxta səthlərin rənglənməsi həyata keçirilib.
Görülən işlər sakinlərimiz tərəfindən minnətdarlıqla qarşılanıb.
Şəhərimizdə davamlı olaraq aparılan abadlaşdırma işləri Şəmkirin estetik görünüşünün gözəlləşdirilməsinə, sakinlərimiz üçün rahat yaşam şəraitinin yaradılmasına xidmət edir.
Həmçinin bildirək ki, Şəmkir şəhərində “Abad həyət” layihəsi çərçivəsində binaların fasadları və giriş hissələrində təmir-bərpa işlərinin aparılması, yaşıllıqlların salınması, böyüklərin və uşaqların istirahəti üçün qurğuların quraşdırılması işləri də planlaşdırılır.
Keçidlər