𝟑𝟒,𝟑 𝐤𝐢𝐥𝐨𝐦𝐞𝐭𝐫 𝐤𝐨𝐥𝐥𝐞𝐤𝐭𝐨𝐫 𝐝𝐫𝐞𝐧𝐚𝐣 𝐬̧ə𝐛ə𝐤ə𝐬𝐢 𝐥𝐢𝐥𝐝ə𝐧 𝐯ə 𝐤𝐨𝐥-𝐤𝐨𝐬𝐝𝐚𝐧 𝐭ə𝐦𝐢𝐳𝐥ə𝐧𝐢𝐛 - 𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐒𝐮𝐯𝐚𝐫𝐦𝐚 𝐒𝐢𝐬𝐭𝐞𝐦𝐥ə𝐫𝐢 İ𝐝𝐚𝐫ə
06 yanvar 2023 | 15:18
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Suvarma Sistemləri İdarəsindən bildirilir ki, rayonda su itkisinin qarşısının alınması üçün çay məcralarının tənzimlənməsi işləri xüsusi diqqət mərkəzində saxlanılır.
Belə ki, idarənin balansında olan 925 kilometr kanallar və təsərrüfat daxili arxlar mütəmadi olaraq texnikalar vasitəsi ilə təmizlənir. Cari ildə 229 min kubmetr çay məcrası təmizlənmiş və suyun axını tənzimlənmişdir.
Hesabat ilində “Zəhmət”, “Səməd Vurğun”, “Ağlavaşlı-1” və “Ağlavaşlı-2” nasos stansiyaları təmir edilmiş, sahələrin suvarılması üçün ideal vəziyyətə gətirilmişdir.
Həmçinin, əkin sahələrinin suvarılması və içməli suya olan təlabatın vaxtında ödənilməsi məqsədilə rayon ərazisində 201 ədəd subartezian quyusu təmir edilmişdir. Eyni zamanda 42 ədəd yeni nasos quraşdırılmış, 310 ədədi isə cari təmir edilmişdir.
Şəmkir rayon Suvarma Sistemləri İdarəsindən bildirilir ki, suvarmada problemlərin yaranmaması istiqamətində lazımi işlər aparılır. Belə ki, maşın-mexanizmlərlə umümi olaraq 250 km-dan çox kanal lildən və kol-kosdan təmizlənib. Kanalların üzərindəki nasos stansiyaları əsaslı təmir olunub.
Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin balansında 34,3 kilometr kollektor drenaj şəbəkəsi də mövcuddur. Bu şəbəkə tam olaraq lildən və kol-kosdan təmizlənib. Kollektor drenaj şəbəkəsi 1500 hektar ərazinin suvarılmasına xidmət edir.
İdarənin balansında 12 ədəd I dərəcəli baş kanallar, 6 ədəd təsərrüfatlar arası II dərəcəli kanallar, 109 ədəd təsərrüfatlar daxili kanallar var. Kanalların ümumi uzunluğu 890,7 kilometrdir. Onlardan baş kanallar 202,5 kilometr, təsərrüfatlararası kanallar 50,4 kilometr, daxili təsərrüfat kanallar 637,8 kilometrdir. Kollektor-drenaj kanallar isə 34,3 kilometrdir