Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐡ə𝐫𝐢𝐦𝐢𝐳𝐢𝐧 𝐛𝐮 𝐤ü𝐜̧ə𝐥ə𝐫𝐢 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐦𝐢𝐳𝐢𝐧 𝐢𝐬𝐭𝐢𝐟𝐚𝐝ə𝐬𝐢𝐧ə 𝐯𝐞𝐫𝐢𝐥𝐝𝐢 – 𝟏𝟑-𝐜ü 𝐤ü𝐜̧ə𝐝ə 𝐭ə𝐦𝐢𝐫-𝐛ə𝐫𝐩𝐚 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐝𝐢𝐫

09 yanvar 2023 | 09:43
Cahangir Rüstəmov məktəbinin yerləşdiyi H.Cavid küçəsinə ilk dəfə səki salınır
Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində Şəmkir rayonunda infrastruktur və sosial layihələrin icrası mərhələli şəkildə uğurla həyata keçirilir.
Bu işlərin bir parçası olaraq hazırda Şəmkir şəhərinin bir neçə küçəsində genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Belə ki, yol infrastrukturunun inkişafına yönəlmiş planlı işlər çərçivəsində şəhərimizin Təbriz Əsgərov, Cəlil Məmmədquluzadə, Füzuli Hüseynov küçələrinə və Elpərəst Hüseynov küçəsinin bir hissəsinə yeni asfalt örtüyü vuruldu.
Görülən işlər çərçivəsində həmin küçələrdə kipləşdirmə işləri aparılaraq asfalt örtük döşəndi.
Yeni asfalt örtüyü vurulan küçələrlə yanaşı hazırda Zaur Sarıyev, Şəmkir və Nəriman Nərimanov (13-cü küçə), Hüseyn Cavid küçələrində yararsız hala düşmüş hissələrdə əsaslı təmir işləri aparılır. Həmçinin rayonumuzun ən böyük təhsil müəssisələrindən olan Cahangir Rüstəmov məktəbinin yerləşdiyi H.Cavid küçəsində sakinlərimizin təhlükəsizliyini təmin etmək üçün bardür qoyulur, ilk dəfə səki salınır.
Məlumat üçün bildiririk ki, rayonumuzda görülən abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri gələcəkdə də davam etdiriləcək, cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində Şəmkir şəhərinin bütün küçələri mərhələli şəkildə müasir standartlara uyğun qurulacaq.
Keçidlər