Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə taxılçılığın inkişafı daim diqqət mıərkəzində saxlanılır

03 iyul 2024 | 17:44
Son illər Şəmkir rayonunda ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Rayonda kənd təsərrüfatında innovativ texnologiyaların, müasir suvarma sistemlərinin tətbiqi istiqamətində fermerlərlə mütəmadi görüşlər keçirilir, təşviqat işləri aparılır, onların qarşılaşdıqları problemlər, istək və arzuları dinlənilir.
Məlumat üçün bildirək ki, Şəmkir rayonunda aran ərazilərdə taxıl biçini mövsümü artıq sona çatmaq üzrədir. 2024-cü ilin son statistik rəqəmlərinə görə rayonumuzda cari ilin məhsulu üçün 14 min 444 hektar sahədə buğda (7988 ha) və arpa (6456 ha), 1920 hektar sahədə qarğıdalı, 323 hektar sahədə şəkər çuğunduru, 130 hektar sahədə isə vələmir əkilmişdir. Suvarılan torpaqlarda əkilmiş 5187 hektar ərazidə biçin aparılmış, 16339 ton məhsul əldə edilmişdir.
Keçidlər