𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪-𝐪𝐮𝐫𝐮𝐜𝐮𝐥𝐮𝐪 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐭𝐝𝐢𝐫𝐢𝐥𝐢𝐫
14 dekabr 2022 | 12:38
Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində bu gün Şəmkir rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Şəhərimizin yolları təmir olunur, küçələr əsaslı şəkildə yenidən qurulur.
Bu işlərin bir parçası olaraq Şəmkir şəhərinin M.C.Paşayev, İ.Məmmədov, R.Rəhimov, M.Ə.Rəsulzadə, F.Əhmədov küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Görülən işlər çərçivəsində fərdi yaşayış evlərinin, hasarların fasadlarında bərpa və rənglənmə işləri görülür, aşağı hissələrə aqlay və təbii qaya daşları vurulur.
Məlumat üçün bildiririk ki, bundan öncə H.Əliyev, N.Gəncəvi, T.Qarayev, M.Füzuli, Ə.Cavad, M.P.Vaqif küçələrində eyni işlər görülmüşdü.
Onu da qeyd edək ki, Şəmkir rayonunda əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması istiqamətində görülən işlər ardıcıl şəkildə, yüksək keyfiyyətlə davam etdirilir.