Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧𝐝ə 𝐤𝐚𝐧𝐚𝐥𝐢𝐳𝐚𝐬𝐢𝐲𝐚 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐲𝐞𝐧𝐢𝐥ə𝐧𝐦ə𝐬𝐢 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐭𝐝𝐢𝐫𝐢𝐥𝐢𝐫

17 may 2023 | 17:10
𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧𝐝ə 𝐤𝐚𝐧𝐚𝐥𝐢𝐳𝐚𝐬𝐢𝐲𝐚 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐲𝐞𝐧𝐢𝐥ə𝐧𝐦ə𝐬𝐢 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐭𝐝𝐢𝐫𝐢𝐥𝐢𝐫
Şəmkir şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə çərçivəsində şəhərin kanalizasiya sistemlərinin yenilənməsi layihəsinin növbəti mərhələsinə start verilib.
Hazırda layihənin növbəti mərhələsinə uyğun olaraq şəhər ərazisində şəbəkə kanalizasiya xətləri çəkilir. Çəkilməkdə olan kanalizasiya xətlərinin ümumi uzunluğu isə 5149 metrə bərabərdir. Tikinti işləri şəhər ərazisində mərhələli şəkildə həyata keçirilir.
Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla bu şəhərdə 45 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb və əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunacaq.
Eyni zamanda məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi başa çatdırılıb.
Keçidlər