Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧𝐝ə 𝟏𝟖𝟎 𝐚𝐛𝐨𝐧𝐞𝐧𝐭ə 𝐱𝐢𝐝𝐦ə𝐭 𝐠𝐨̈𝐬𝐭ə𝐫ə𝐧 𝐪𝐚𝐳 𝐱ə𝐭𝐭𝐥ə𝐫𝐢 𝐲𝐞𝐧𝐢𝐥ə𝐫𝐢 𝐢𝐥ə ə𝐯ə𝐳 𝐨𝐥𝐮𝐧𝐮𝐛.

22 avqust 2023 | 09:31
Şəmkir rayonunda görülən abadlıq-quruculuq işləri çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yaşayış məntəqələrinin qazlaşdırılması, habelə qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.
Abonentlərin təminatının yaxşılaşdırılması üçün görülmüş işlər çərçivəsində 13 min 784 ədəd qaz sızması aşkar edilmiş və qarşısı alınmışdır. Eyni zamanda qaz təminatının müasir standartlara uyğun qurulması üçün qaz tənzimləyicilər quraşdırılmış, diametri d108 mm-lik və d89 mm-lik qaz xətləri dayaqlara qaldırlmış və rənglənmişdir.
Cari ildə görülən işlər çərçivəsində Aşağı Seyfəli kəndində yeni salınmış yaşayış massivi qazlaşdırılmış, Şəmkir şəhərində 180 abonentə xidmət göstərən qaz xəttləri yeniləri ilə əvəz olunmuşdur.
Həmçinin korroziyaya uğramış qaz xətləri də yeni borularla əvəzlənib.
Rayonda istifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir.
Keçidlər