“𝐀𝐳ə𝐫𝐬𝐮” 𝐀𝐒𝐂-𝐧𝐢𝐧 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə ö𝐭ə𝐧 𝐢𝐥 𝐠ö𝐫𝐝ü𝐲ü 𝐢𝐬̧𝐥ə𝐫.
13 yanvar 2023 | 16:11
Şəmkir rayonunda əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC tərəfindən 2022-ci ildə də kompleks tədbirlər həyata keçirilib.
Bu barədə 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal Sahəsindən bildirilir.
Qeyd olunur ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şəmkir şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə çərçivəsində şəhərin kanalizasiya sistemlərinin yenilənməsi layihəsinin növbəti mərhələsi yekunlaşdı.
Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla bu şəhərdə 45 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb və əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunacaq.
Eyni zamanda məlumatda o da bildirilir ki, hesabat ilində Şəmkir şəhəri və Dəllər qəsəbəsində 6 su nasosu təmir edilmiş, 11 nasos isə yenisi ilə əvəz olunmuşdur.
İstismar fəaliyyətinin gücləndirilməsi, əməyin təhlükəsizliyi və müştəri məmnunluğu məsələlərinə diqqətin artırılması üçün rayon ərazisində 1 ədəd transformator əsaslı təmir olunmuş, 2 ədəd elektrik şiti, 10 ədəd siyirtmə quraşdırılmışdır.
Həmçinin ötən il 33 kanalizasiya lüku asfalt örtüyünə qaldırılımış, Şəmkir şəhəri, E.Hüseynov küçəsində 4, Şəmkir küşəsində isə 3 ədəd lük yenisi ilə əvəzlənmişdir. C.Məmmədquluzadə küçəsində isə bir quyu tamamilə yenilənmişdir.
2022-ci ildə 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal Sahəsi tərəfindən Şəmkir şəhərində bir yaşayış binası ilk dəfə yeni salınmış kanalizasiya şəbəkəsinə qoşulmuşdur.
Bundan əlavə Şəmkir şəhərində 3 nömrəli anbardan 2 nömrəli anbara 370 metr uzunluğunda yeni su xətti çəkilmişdir.
Cari ildə isə icra Çinarlı qəsəbəsi və Şiştəpə kəndinin içməlu su təminatını yaxşılaşdırmaq üçün işlər görülür. Belə ki, qəsəbədə 700 metr uzunluğunda yeni su xəttinin çəkilişi davam etdirilir, Şiştəpədə isə layihənin icrasına başlanılıb