Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐢𝐧 𝟏𝟖 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐆𝐏𝐎𝐍 𝐭𝐞𝐱𝐧𝐨𝐥𝐨𝐠𝐢𝐲𝐚𝐬ı ə𝐬𝐚𝐬ı𝐧𝐝𝐚 𝐬̧ə𝐛ə𝐤ə 𝐪𝐮𝐫𝐮𝐥𝐝𝐮 - 𝐂𝐚𝐫𝐢 𝐢𝐥𝐝ə 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫

23 dekabr 2022 | 11:41
𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐢𝐧 𝟏𝟖 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐆𝐏𝐎𝐍 𝐭𝐞𝐱𝐧𝐨𝐥𝐨𝐠𝐢𝐲𝐚𝐬ı ə𝐬𝐚𝐬ı𝐧𝐝𝐚 𝐬̧ə𝐛ə𝐤ə 𝐪𝐮𝐫𝐮𝐥𝐝𝐮 - 𝐂𝐚𝐫𝐢 𝐢𝐥𝐝ə 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫 (𝐀𝐳𝐭𝐞𝐥𝐞𝐤𝐨𝐦 𝐌𝐌𝐂)
Bu gün Şəmkir rayonunda sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur.
Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb. Rayonun yaşayış məntəqələri mərhələli şəkildə fiber-optik xətt və sürətli internetlə təmin edilir.
Rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması, internet tutumlarının artırılması, yeni telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər hazırda Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsini əhatə edir.
2022-ci ildə təkcə Şəmkir şəhərində internetdən istifadə edən təsərrüfatların sayı 6967-yə çatdırılmışdır. Eyni zamanda Kür qəsəbəsi (150) və Dəllər qəsəbəsində (225), Əliyaqublu (180), Dəllər Daşbulaq (150), Qədimqala (250), Sarıtəpə (150), Dəllər Cəyir (25), Atabəy (125), Hacıallar (99) kəndlərində GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnalogiyası vasitəsilə yeni istifadəçilər internet xəttinə qoşulmuşdur.
GPON fiber-optik layihəsi ilə 18 kənddə işlər yekunlaşıb. Onlardan 12 kənddə layihə artıq istifadəyə verilib.
Rayon üzrə 8 min 345 abonent fiber-optik internetə qoşulub. Bununla da Şəmkirdə Aztelekom istifadəçilərinin sayı 18 min 361 təsərrüfata çatdırılmışdır.
Onu da qeyd edək ki, əhalini müasir və keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək məqsədilə hazırda Şəmkir şəhəri və kəndlərdə “Azəronlayn” LTD tərəfindən GPON layihəsi üzrə tikinti işləri davam etdirilir. Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir.
Görülən bu işlər həmin ərazilərdə yeni rabitə infrastrukturunun yaradılmasına, əlavə telefon çəkilişlərinə və internet xətlərinin yenilənməsinə şərait yaradacaq.
 
 
Keçidlər