Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧𝐢𝐧 𝟓 𝐩𝐚𝐫𝐤ı𝐧𝐝𝐚 𝐯ə 𝟓 𝐤𝐮̈𝐜̧ə𝐬𝐢𝐧𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥𝐚𝐜𝐚𝐪, 𝐌ə𝐫𝐤ə𝐳𝐢 𝐏𝐚𝐫𝐤𝐝𝐚 𝐚𝐜̧ı𝐪 𝐢𝐝𝐦𝐚𝐧 𝐦𝐞𝐲𝐝𝐚𝐧𝐜̧𝐚𝐬ı 𝐯ə 𝐮𝐬̧𝐚𝐪 𝐨𝐲𝐮𝐧 𝐦𝐞𝐲𝐝𝐚𝐧𝐜̧𝐚𝐬ı 𝐪𝐮𝐫𝐚𝐬̧𝐝ı𝐫ı𝐥𝐚𝐜𝐚𝐪

13 oktyabr 2023 | 12:25
Şəmkir şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Hazırda rayon İcra Hakimiyyəti tərəfindən icra olunan layihə çərçivəsində şəhərin 5 küçəsində və 5 parkında abadlıq və cari təmir işlərinə start verilib.
Belə ki, M.İbrahimov, Vaqif, M.Füzuli, H.Cavid və Ə.Cavad küçələrində divarların sement-əhəng məhlulu ilə suvanması, fasadların boyanması, əhəng daşından üzlük tavalarla divarların üzlənməsi, aqlay haşiyələrin qoyulması, metal səthlərin rənglənməsi və digər işlər aparılır.
Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında, o cümlədən İstiqlal, Abidələr, Xəqani İbrahimli və Bayraq Meydanı parklarında elektrik sisteminin yenilənməsi, sıradan çıxmış lampaların yeni, müasir standartlara uyğun lampalarla əvəzlənməsi, fəvvarələrin təmiri, su nasoslarının yeniləri ilə əvəz olunması, yeni tullantı qutularının yerləşdirilməsi, skamyaların yenilənməsi, metal səthlərin boyanması, o cümlədən sıradan çıxmış üzlüklərin dəyişdirilməsi və digər işlər icra olunmaqdadır.
Xüsusilə qeyd etmək istəyirik ki, kiçik yaşlı sakinlərimizin əyləncəsi üçün Şəmkir Şəhər Mərkəzi Parkda uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olan sakinlərimizin sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası, idman qurğuları quraşdırılacaqdır.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərimizin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərimizin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər davam etdiriləcəkdir.
Keçidlər