𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧𝐢𝐧 𝟏𝟑 𝐤𝐮̈𝐜̧ə𝐬𝐢𝐧𝐝ə 𝐲𝐨𝐥 𝐢𝐧𝐟𝐫𝐚𝐬𝐭𝐫𝐮𝐤𝐭𝐮𝐫𝐮𝐧𝐮𝐧 𝐲𝐞𝐧𝐢𝐝ə𝐧 𝐪𝐮𝐫𝐮𝐥𝐦𝐚𝐬ı 𝐯ə 𝐭ə𝐦𝐢𝐫𝐢 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐡ə𝐲𝐚𝐭𝐚 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐫
12 oktyabr 2023 | 15:20
Əvvəlki illərdə olduğu kimi cari ildə də Şəmkirdə avtomobil yollarının təmiri və yenidən qurulması işləri davam etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihə çərçivəsində şəhərimizin 13 küçəsində, eləcə də Kür qəsəbəsindəki xəstəxana yolunda asfalt-beton örtüyünün salınması və əsaslı təmiri işləri aparılmaqdadır.
Texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində Kür qəsəbəsindəki xəstəxana yolunda və şəhərin Aşıq Hüseyn küçəsində (Naxırçılar) asfal-beton örtüyünün salınması salınması başa çatdırılmışdır. Sözügedən küçələrdə ilkin olaraq qum-çınqıl qatışığı tökülmüş, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılmış, daha sonra isə yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salınmışdır.
Bununla yanaşı S.Həbibov (14-cü küçə), M.Əsədov (11-ci küçə) və M.F.Axundov (12-ci küçə) küçələrində birinci qat asfalt-beton örtüyü döşənmiş, yaxın günlərdə ikinci qat örtüyün döşənməsi ilə işlər yekunlaşdırılacaqdır.
Paralel olaraq şəhərin E.Allahverdiyev (Bazarstore-Yamin YDM) və R.Rəhimov (7-ci küçə) küçələrində aparılan asfalt örtüyünün əsaslı təmiri işləri yekunlaşmaq üzrədir.
Layihənin davamı olaraq yaxın günlərdə Ş.Musayev (Morul), Şəhid V.Məmmədov (Morul məktəbinin yerləşdiyi küçə), Şəmkir küçəsinin davamı (Morul), V.Səmədoğlu (Xəqani İbrahimov Parkı - köhnə Uşaq Xəstaxanası) küçələrində asfalt örtüyünün salınması, Ə.Cavad (4 nömrəli məktəb- Kraz yolu), H.Cavid (C.Rüstəmov məktəbinin yerləşdiyi küçə), Z.Sarıyev (Şəmkir TTY–Bazarstore) küçələrində isə əsaslı təmir işləri həyata keçiriləcəkdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.