Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐪𝐚𝐳 𝐭ə𝐦𝐢𝐧𝐚𝐭ı𝐧ı𝐧 𝐲𝐚𝐱𝐬̧ı𝐥𝐚𝐬̧𝐝ı𝐫ı𝐥𝐦𝐚𝐬ı 𝐦ə𝐪𝐬ə𝐝𝐢𝐥ə 𝟑𝟑 𝐦𝐢𝐧 𝟑𝟎𝟕 ə𝐝ə𝐝 𝐪𝐚𝐳 𝐬ı𝐳𝐦𝐚𝐬ı𝐧ı𝐧 𝐪𝐚𝐫𝐬̧ı𝐬ı 𝐚𝐥ı𝐧ı𝐛 - 𝐂𝐚𝐫𝐢 𝐢𝐥𝐝ə 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫 (𝐀𝐳ə𝐫𝐢𝐪𝐚𝐳)

27 dekabr 2022 | 09:37

SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəmkir rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması, habelə qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismarı İdarəsindən bildirilir ki, abonentlərin təminatının yaxşılaşdırılması üçün görülmüş işlər çərçivəsində “Təmiz Qaz” QSC və Xidmət sahəsi tərəfindən 2022-ci il ərzində 33 min 307 ədəd qaz sızması aşkar edilmiş və qarşısı alınmışdır.

Eyni zamanda qaz təminatının müasir standartlara uyğun qurulması üçün ŞQTM (Şkaf Tipli Qaz Tənzimləyici Məntəqələr) qaz tənzimləyicilər quraşdırılmışdır. Qurğular üzərində D50 mm-lik siyirtmə əlavə edilmişdir.

Görülən işlər çərçivəsində 2 kilometrə yaxın qaz xətləri dayaqlara qaldırlmışdır.

Şəmkir şəhərinin C.Cabbarlı, M.Ə.Rəsulzadə küçələrində, Sərxan yaşayış massivində, Dəllər qəsəbəsi, Mahmudlu, Xuluf, Könüllü kəndlərində abonentlərin qaz təminatının yaxşılaşdırılması üçün qaz xətləri D57 mm-lik boruları ilə əvəz olunmuşdur.

Həmçinin korroziyaya uğramış 1 kilometrə yaxın qaz xətləri də yeni borularla əvəzlənib, 8 kilometrə yaxın xətt isə bərpa olunmuşdur.

Rayonda istifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir.

Şəmkir Regional Qaz İstismarı İdarəsindən o da bildirilir ki, 2022-ci il ərzində rayon ərazisində 4 min 37 mexaniki qaz sayğacı, 4 min 45 ədəd Smart tipli qaz sayğacı köhnələri ilə əvəz edilmişdir.

Şəmkirdə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası, həmçinin, yeni qaz kəmərlərinin çəkilməsi, təbii qazdan səmərəli istifadə edilməsi istiqamətində işlərin icrası davam etdirilir.

Keçidlər