𝟐𝟔 𝐤𝐢𝐥𝐨𝐦𝐞𝐭𝐫 𝐤𝐚𝐧𝐚𝐥 𝐥𝐢𝐥𝐝ə𝐧 𝐯ə 𝐤𝐨𝐥-𝐤𝐨𝐬𝐝𝐚𝐧 𝐭ə𝐦𝐢𝐳𝐥ə𝐧𝐢𝐛.
Şəmkir rayonunda əhalinin suvarma suyuna olan təlabatının yaxşılaşdırılması, su itkisinin qarşısının alınması məqsədilə çay məcralarının tənzimlənməsi işləri xüsusi diqqət mərkəzində saxlanılır.
Belə ki, Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında olan 925 kilometr kanallar və təsərrüfat daxili arxlar mütəmadi olaraq texnikalar vasitəsi ilə təmizlənir, suvarmada problemlərin yaranmaması istiqamətində işlər aparılır.
Cari ildə əkin sahələrinin suvarılması və təlabatın vaxtında ödənilməsi məqsədilə Zəyəm Cırdaxan kəndi ərazisində 26 km Alıbəy kanalı lildən və kol-kosdan təmizlənib.
Eyni zamanda Xuluf kəndi ərazisində yerləşən Keçili nasos stansiyasında yerləşən göl maşın-mexanizmlərlə dərinləşdirilib, gölə gələn arx və kanallar təmizlənib.
Məlumat üçün bildiririk ki, Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında 34,3 kilometr kollektor drenaj şəbəkəsi də mövcuddur. Bu şəbəkə tam olaraq lildən və kol-kosdan təmizlənib. Kollektor drenaj şəbəkəsi 1500 hektar ərazinin suvarılmasına xidmət edir.