𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐝𝐚 𝐬ə𝐧𝐚𝐲𝐞 𝐦ə𝐡𝐬𝐮𝐥𝐮 𝐢𝐬𝐭𝐞𝐡𝐬𝐚𝐥ı 𝐚𝐫𝐭ı𝐛
12 yanvar 2023 | 11:14
Hazırda Şəmkir rayonunda 17 sənaye müəssisəsi fəaliyyət göstərir ki, onların 12-i iri, orta, kiçik, 5-i isə mikro müəssisələrdir.
Rayonda sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fiziki şəxslər və ev təsərrüfatları tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 47442,6 min manatlıq sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulu istehsalının 26929,0 və ya 56,8 faizi dövlət müəssisələrinin, 9090,3 min manatı və ya 19,2 faizi özəl müəssisələrin, 3944,9 manatı və ya 8,3 faizi fiziki şəxslərin, qalan 7478,4 manatı və ya 15,7 faizi ev təsərrüfatlarının payına düşür.
Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən sənaye xarakterli 19286,5 min manatlıq xidmətlər göstərilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz çoxdur.
Sənaye məhsulunun 53,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təhcizatı sektorunda, 41,3 faizi emal sektorunda, 2,0 faizi mədənçıxarma sektorunda, 3,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sektorunda əvvəlki ilə nisbətən məhsul istehsalı 14,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi sektorunda isə 15,5 faiz artım müşahidə olunub.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzə alınmaqla sənaye müəssisələrinin anbarlarında 69,5 min manatlıq hazır məhsul ehtiyatı olunub.
2022-ci yanvar-sentyabr aylarında sənaye müəssisələrində 1218 nəfər işçi çalışıb ki, onlara hesablanan əməkhaqqı fondu 7951,0 min manat, orta aylıq nominal əməkhaqqı 725,3 manat təşkil edib. Bu da ötən illə müqayisədə 7,5 faiz çox olub.