𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐢𝐧 𝟔 𝐤ə𝐧𝐝𝐢 𝐭𝐚𝐦 𝐤𝐚𝐛𝐞𝐥𝐥ə𝐬̧𝐝𝐢, 𝟐 𝐤ə𝐧𝐝𝐝ə 𝐢𝐬̧𝐥ə𝐫 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐝𝐢𝐫 – 𝐂𝐚𝐫𝐢 𝐢𝐥𝐝ə 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫 (𝐀𝐳ə𝐫𝐞𝐧𝐞𝐫𝐣𝐢 𝐀𝐒𝐂)
23 dekabr 2022 | 11:33
Şəmkir Elektrik Şəbəkəsinin (EŞ) 2022-ci il üzrə tədbirlər planının icrasına hələ yaz aylarından başlayıb. Ötən müddət ərzində görülmüş işlər istehlakçıların elektrik enerjisi ilə daha da dayanıqlı təchizatını təmin etməyə imkan yaradır. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsinə, o cümlədən elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər hazırda da davam etdirilir.
“Azərenerji” ASC-dən verilən məlumata görə, sözügüdən şəbəkə üzrə mövsümə hazırlıq tədbirləri çərçivəsində xeyli iş görülüb.
Zərurət yaranan ərazilərdə transformatorlar dəyişdirilib. O cümlədən, transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə elektrik verilişi xətlərində naqillərin təzələnməsi və təmiri də görülən işlər sırasındadır.
Mənbədən onu da bildirdilər ki, Şəmkir EŞ-in xidməti ərazisində cari ildə plan qrafiki üzrə 57,46 km 6/10 kV-luq EVX-də və 71, 0,4 kV-luq EVX-lərin təmir işləri aparılmışdır. 340 ədəd yararsız 10(6) – 0,4 kV-luq ağac dayaqlar beton və metal dayaqla əvəz edilmiş, 452 ədəd metal dayaqlar rənglənmişdir. 5080 metr müxtəlif markalı naqillər çəkilmişdir.
Eyni zamanda 212 ədəd transformator cari təmir edilmiş, 28 ədəd zədəli transformator dəyişdirilmişdir.
2022-ci ildə Şəmkir rayonu ərazisində 4290 metr SİP kabel xəttləri çəkilmişdir.
Hesabat ilində Könüllü kəndində yeni yaşayış massivi tam kabelləşmiş, Düyərli kəndində 9 ədəd 10 kV-luq dayaq basdırılmış və 2500 metr istismara yararsız naqillər dəyişdirilmişdir.
Görülən işlərin davamı olaraq Sabirkənd kəndində 5040337-630 kVA transformatorun 1 fideri kabelləşmiş, məktəblərin ərazisindən keçən xətlər təhülükəsizliyi təmin etmək üçün çıxarılmış, istismara yararsız kabellər bərpa edilmişdir.
Yeni Yol kəndində yeni dayaqlar quraşdırılmış, 500 metr SİP 4x35 tipli kabel çəkilmişdir.
2022-ci ilin iş planına uyğun olaraq Yuxarı Seyfəli, Atabəy, Hacallar, Günəşli, Yuxarı Çaykənd və Dağ Cəyir kəndlərində yenidənqurma işləri tamamlanmışdır. Qaracəmirli və İrmaşlıda isə işlər hazırda da davam etdirilir.
Onu da qeyd edək ki, cari ildə 291 ədəd yeni sayğac quraşdırılmış, 1746 ədəd istismara yararsız sayğac yeni müasir sayğaclarla əvəz edilmişdir.