Şriftin ölçüsü :

Saytın rəngi :

Düyərlinin elektrik şəbəkəsi yenilənəcək, Qaracəmirli və Tatarlıda işlər başa çatmaq üzrədi

12 sentyabr 2023 | 09:05
Bu gün Şəmkir rayonunda infrastruktur və sosial layihələrin icrası mərhələli şəkildə uğurla həyata keçirilir.
Bu işlərin davamı olaraq Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, həyata keçirilən investisiya layihələri çərçivəsində hazırda Şəmkir rayonunun Qaracəmirli, Tatarlı və Yeni Yol kəndlərinin elektrik şəbəkəsi yenilənir.
Görülən işlər çərçivəsində Şəmkir Elektrik Şəbəkəsi tərəfindən bu kəndlərdə 88 km 0,4 kV-luq elektrik xətti yenilənir.
İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1955 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Məlumat üçün bildiririk ki, yaxın günlərdə Düyərli kəndinin də elektrik şəbəkəsinin yenilənməsi nəzərdə tutulur.
Keçidlər