Dəllər Cəyir kəndi abadlıq işlərindən sonra
03 fevral 2025 | 14:21
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonda görülən müxtəlif istiqamətlər üzrə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Rayonumuzun Bakı-Qazax magistral yolunun kənarında yerləşən Abbaslı, Qədimqala və Əliyaqublu kəndlərindən sonra Dəllər Cəyirdə də abadlıq-quruculuq işləri yekunlaşıb.
Görülən işlər çərçivəsində kəndin magistral yolun kənarında yerləşən fərdi yaşayış evlərində 4876 m2 sahədə fasadların suvanması, 6181 m2 sahədə rənglənməsi işləri yerinə yetirildi. 55 metr uzunluğunda isə hasarlar çəkildi, o cümlədən mövcud hasarlar təmir olundu.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq layihələrinin əsas məqsədi sakinlərimizin və şəhərimizin qonaqlarının rahatlığına və infrastrukturun yenilənməsinə yönəlmişdir.