Şriftin ölçüsü :

Saytın rəngi :

Daha 4 küçə tamamilə yenilənərək sakinlərin və sürücülərin istifadəsinə verildi

30 yanvar 2025 | 17:01
Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir, problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində Şəmkir şəhərində asfalt-beton örtüyü salınan və cari təmir işləri aparılan küçələr sakinlərin istifadəsinə verilir.
Əvvəlcədən tərtib olunmuş layihəyə uyğun, mərhələli şəkildə aparılan işlər çərçivəsində bu dəfə şəhərimizin ən böyük küçələrindən hesab olunan Mehdi Hüseynzadə (15-ci küçə) küçəsi, eyni zamanda Rəşad Yüsibov (7-ci küçədən 19-cu küçəyə qədər olan hissəsi, Maşallah marketin qarşısı), Molla Pənah Vaqif ( 9-cu küçədən 11-ci küçəyə qədər olan hissə), Həsən Əliyev ( 13-cü küçədən 16-cı küçəyə qədər olan hissə) küçələri yenidən quruldu.
Yeni asfalt örtüyü salınan küçələrə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkildi.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.
Onu da qeyd edək ki, rayonda görülən abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri gələcəkdə də davam etdiriləcək.
Keçidlər