Daha 4 küçə sakinlərimizin istifadəsinə verildi
11 dekabr 2023 | 17:28
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə həyata keçirilən layihə çərçivəsində Şəmkir şəhərində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparılan 13 küçədən daha 4-ü sakinlərimizin istifadəsinə verildi.
Belə ki, Vaqif Səmədoğlu (Xəqani İbrahimov Parkı - köhnə Uşaq Xəstaxanası), Şəmkir küçəsinin davamı (Morul), Şahlar Musayev (Morul) küçələrində asfalt-beton örtüyünün salınması, Hüseyn Cavid (13-cü küçə- Posanlı), R.Rəhimov (7-ci küçə) isə cari təmiri işləri yekunlaşıb.
V.Səmədoğlu, Ş.Musayev, Şəmkir küçələrinə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkildi.
Bununla da cari ildə Kür qəsəbəsindəki xəstəxana yolunda və şəhərin Aşıq Hüseyn (Naxırçılar), M.Əsədov (11-ci küçə), Şəhid Vacib Məmmədov (Morul yaşayış massivi), Şəhid Seymur Həbibov (14-cü küçə), M.F.Axundov (12-ci küçə) küçələrində asfal-beton örtüyünün salınması, Elşən Allahverdiyev (Bazarstore - Yamin YDM), Əhməd Cavad (Ə.Cavad məktəbi- Kraz yolu), Zaur Sarıyev (Bazarstore-Qoşa Çinar) küçələrində isə cari təmir işləri də daxil olmaqla ümumilikdə 14 küçədə işlər başa çatdırılaraq sakinlərimizin istifadəsinə verildi.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.