Abbaslı və Könüllü kəndləri abadlıq-quruculuq işlərindən sonra - FOTO
16 dekabr 2024 | 18:13
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən son illər rayonda görülən genişmiqyaslı abadlıq-quruculuq işləri cari ildə də davam etdirilir.
2024-cü ildə görülən işlər ilk dəfə olaraq kəndlərimizdən də yan keçmədi.
Belə ki, rayonumuzun Bakı-Qazax magistral yolunun kənarında yerləşən Abbaslı, Könüllü, Aşağı Seyfəli, Qədimqala, Əliyaqublu, Dəllər Cəyir kəndlərində abadlıq-quruculuq işləri demək olar ki, yekunlaşmaq üzrədir.
Adıçəkilən kəndlərin hər birində olduğu kimi, Abbaslı və Könüllü kəndlərində də görülən işlər çərçivəsində 100-ə yaxın fərdi yaşayış evində 13200 m2 sahədə fasadların suvanması, 14300 m2 sahədə rənglənməsi işləri yerinə yetirildi, 1110 metr uzunluğunda hasarlar çəkildi, o cümlədən mövcud hasarlar təmir olundu və bir sıra dam örtükləri yenidən quruldu.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq layihələrinin əsas məqsədi sakinlərimizin və şəhərimizin qonaqlarının rahatlığına və infrastrukturun yenilənməsinə yönəlmişdir. Bu işlər mərhələli şəkildə davam etdiriləcəkdir.