9-cu küçə və Rəşad Yusibov küçəsinin 16-cı küçəyədək olan hissəsində də işlər yekunlaşıb
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci il üzrə tərtib edilmiş fəaliyyət planına uyğun olaraq abadlıq işlərinin aparılması davam etdirilir.
Şəmkir şəhər Cahangir Əliyev, Tofiq İsmayılov (9-cu küçə) və Rəşad Yusibov (Maşallah Marketin qarşısından 16-cı küçəyə qədər olan hissə) küçələrində də işlər artıq yekunlaşıb.
Görülən işlər çərçivəsində divarların suvanması, fasadların və metal səthlərin boyanması, o cümlədən divarların aqlay materiallarla üzlənməsi həyata keçirilib.
Məlumat üçün onu da qeyd edək ki, bundan öncə İsmət Qayıbov küçəsində (10-cu küçə) abadlıq işləri başa çatdırılaraq, sakinlərin istifadəsinə verilmişdi.
Hazırda isə Səməd Vurğun küçəsinin işıqfordan Yasamal aşırımlarına kimi olan hissəsində abadlıq işləri aparılır.
Layihənin növbəti mərhələsində Şəmkir şəhərinin Gədəbəy rayonu istiqamətindən girişinin abadlaşdırılması, həmçinin Mərkəzi Parkda və Xəqani İbrahimli adına parkda uşaq oyun meydançasının yaradılması, idman qurğularının yerləşdirilməsi planlaşdırılır.






