Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun küçəsinə yeni asfalt örtüyü vurulur

13 aprel 2022 | 16:00

“Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq nəzərdə tutulmuş layihələrin icrası sürətlə davam etdirilir.

Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuz çox böyük inkişafa imza atıb. Bu işlərin bir parçası olaraq Şəmkir şəhərinin sakinlər tərəfindən ən çox istifadə olunan küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir, problemlərin aradan qaldırılması üçün məqsədyönlü işlər görülür.

Rayonumuzda yol infrastrukturunun inkişafına yönəlmiş planlı işlər çərçivəsində şəhərimizin mərkəzi küçəsi - Səməd Vurğun küçəsində yenidənqurma işləri davam etdirilir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev görülən işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.

İş icraçıları tərəfindən icra başçısına bildirilib ki, görülən işlər çərçivəsində ilk olaraq su təchizatı və kanalizasiya sistemi yenidən quruldu. Bundan əlavə qazılan yerlərdə kipləşdirmə işləri aparılaraq asfalt örtük döşənməsi üçün hazır vəziyyətə gətirildi və hazırda Səməd Vurğun küçəsinə yeni asfalt örtüyü vurulur.

Rəşad Tağıyev bildirib ki, rayonda görülən abadlıq-quruculuq işləri, xüsusilə də yolların təmiri gələcəkdə də davam etdiriləcək, cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində Şəmkir şəhərinin bütün küçələri mərhələli şəkildə müasir standartlara uyğun qurulacaq.

Keçidlər