Şəmkir sakinlərinin ən çox istifadə etdiyi küçə YENİLƏNİR, problem aradan qaldırılır
“Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq nəzərdə tutulmuş layihələrin icrası sürətlə davam etdirilir.
Bu işlərin bir parçası kimi ötən il Şəmkir şəhərinin istifadəsi mümkünsüz hala gəlmiş 6 küçəsinə yeni asfalt örtüyü çəkildi, kanalizasiya xətləri yeniləndi, su keçidləri və bardürlər quraşdırıldı.
Eyni zamanda şəhərin bütün mərkəzi küçə və prospektlərində təmir-bərpa işləri aparıldı, hasarların, fərdi yaşayış evlərinin fasadlarında bərpa və rənglənmə işləri görüldü, istirahət parklarında fəvvarələr təmir edilərək sakinlərimizin istifadəsinə verildi.
Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, problemlərin aradan qaldırılması üçün məqsədyönlü işlər görülür.
Bu dəfə isə şəhərimizin mərkəzi küçəsi, əhalinin ən çox istifadə etdiyi Səməd Vurğun küçəsində yenidənqurma işlərinə start verildi. Görüləcək işlər çərçivəsində ilk olaraq su təchizatı və kanalizasiya sistemi yenidən qurulur. Bundan əlavə qazılan yerlərdə kipləşdirmə işləri aparılaraq asfalt örtük döşənməsi üçün hazır vəziyyətə gətirilir.
Bütün bu işlər yekunlaşdıqdan sonra isə Səməd Vurğun küçəsinə yeni asfalt örtüyü vurulacaq.