Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı yeni inşa olunan məktəb binasında görülən işlərlə maraqlanıb

27 yanvar 2022 | 16:00

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğı respublikamızın hər yerində hiss olunur.

Dövlət başçısının qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi əhatə edir.

Şəmkir rayonunda da Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ayırdığı vəsait hesabına Məhəmməd Füzuli adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni bina tikilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu gün məktəb-lisey üçün tikilən yeni binanın inşası ilə maraqlanıb.

İş icraçısı layihə barədə məlumat verərək bildirib ki, yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. 5 korpusdan ibarət binanın iki tədris korpusu 4, digər üç korpus isə 3 mərtəbəlidir.

1600 şagird yerlik məktəb binasında akt və idman zalı, laboratoriya, yeməkxana da müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Bundan başqa məktəbin həyətində 0,3 ha ərazidə yaşıllıq, içməli su anbarı, su nasosu stansiyası, qazanxana da inşa ediləcək.

Həmçinin idman zalı və oyun meydançası da şagirdlərin ixtiyarına veriləcək.

Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edib, bəzi tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, hazırda C.Abıyev adına Zəyəm Cərdaxan tam orta məktəbinin də yenidənqurulması işləri aparılır. Ötən ilin sonunda isə Yuxarı Çaykənd kəndində modul tipli məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib.

Onu da qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müsir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.

Keçidlər