Şriftin ölçüsü :

Saytın rəngi :

12-cı və 14 cü küçələr yəni asfalt örtüyünün salınmasıdan, Z.Sarıyev küçəsi isə cari təmirdən sonra istifadəyə verildi

06 dekabr 2023 | 09:54
Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə həyata keçirilən layihə çərçivəsində şəhərimizin 13 küçəsində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparıldı.
Texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində bu dəfə Şəhid Seymur Həbibov (14-cü küçə) və M.F.Axundov (12-ci küçə) küçələrinə asfalt-beton örtüyünün salınması, küçə xətlərinin çəkilməsi, Zaur Sarıyev küçəsində (Bazarstore-Qoşa Çinar) isə cari təmiri işləri başa çatdırılaraq sakinlərimizin istifadəsinə verildi.
Yeni asfalt örtüyü salınan küçələrə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkildi.
Buna qədər isə Kür qəsəbəsindəki xəstəxana yolunda və şəhərin Aşıq Hüseyn (Naxırçılar), M.Əsədov (11-ci küçə), Şəhid Vacib Məmmədov (Morul yaşayış massivi) küçələrində asfal-beton örtüyünün salınması, Elşən Allahverdiyev (Bazarstore - Yamin YDM), Əhməd Cavad (Ə.Cavad məktəbi- Kraz yolu) küçələrində isə cari təmiri işləri başa çatdırılaraq, sakinlərimizin istifadəsinə verilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.
Keçidlər