Şriftin ölçüsü :

Saytın rəngi :

Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib

28 avqust 2024 | 10:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev avqustun 27-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Zaur Əliyev Ümummilli lider Heydər Əliyevin Şəmkir rayonundakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Gəncə filialının rəhbərinin, Şəmkir və Gədəbəy rayon mərkəzi xəstəxanaların direktorlarının iştirakı ilə keçirilən qəbulda 24 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri, əsasən, icbari tibbi sığorta hesabına müayinə-müalicə, əlillik məsələləri, tibbi göndərişlərin verilməsi, dərman təminatı, iş və əmək münasibətləri haqqında olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Keçidlər