Yeniabad-Xuluf yolu təmir olundu, şəhidlərin xatirəsinə ağaclar əkildi.
10 fevral 2023 | 11:22
Şəmkir rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu istiqamətdə dövlət orqanları ilə birlikdə sakinlər də fəal iştirak edirlər.
Şəmkir şəhəri də daxil olmaqla, kənd və qəsəbələrdə yolların abadlaşdırılması, suvarma kanal və arxlarının təmizlənməsi, eyni zamanda ekaloji təmizlik yaratmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi artıq sakinlərin də bu işlərdə fəallığına səbəb olub.
Bu dəfə Xuluf kəndində Şəmkir RİH-in, Şəmkir Suvarma Sistemləri İdarəsin, kənd ictimiyyətinin dətəyi ilə Yenibad kəndindən Xulufa gedən yolun kənarlarını məişət tullantılarından təmizləyib, yol ağır teknika ilə hamarlanaraq qum-çınqıl tökülüb, Şəmkir şəhidlərin sayına uyğun ağaclar əkilib, şəhidlərimizin lövhəsi vurulub.
Ağacəkmə aksiyasında iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərin bu addımını yüksək qiymətləndirib, xatirəsi əbədiləşdirilən şəhidlərimizə allahdan rəhmət diləyib.