Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Həyat kəndində səyyar qəbul keçirildi

16 sentyabr 2023 | 16:45
Əvvəlcə icra başçısı sakinlərə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər